Tələbələr arasında keçirilən basketbol yarışlarına yekun vurulub

Tələbələr arasında keçirilən basketbol yarışlarına yekun vurulub


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatı keçirilir.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış təqvim planına müvafiq olaraq keçirilən çempionatda basketol (oğlanlar) üzrə yarışlara yekun vurulub.
Azərbaycan Neft Akademiyasının idman zalında təşkil olunan turnirdə 11 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycan Dövlət Neft Akademiyasının komandası birinci yerə layiq görülüb. Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.