Bakı birinciliyində 25 idmançı çıxış edib

Bakı birinciliyində 25 idmançı çıxış edib

Lökbatan qəsəbəsində gənclər arasında 125 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda MİF-i təmsil edən 25 nəfər idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən I yerə Valeriya Turin, II yerə Samir Qareyşi, III yerə Şahin Ağasıyev layiq görülüblər. Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.