Azərbaycan mili komandasının baş məşqçisi Berti Foqts beynəlxalq sərgiyə dəvət olunub.
67 yaşlı mütəxəssis Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Berlində keçirəcəyi tədbirdə fəxri qonaqlar arasında olacaq. Martın 6-dan 8-dək keçiriləcək sərgidə Berti Foqts Azərbaycanla bağlı çıxış edəcək.
Qeyd edək ki, almaniyalı mütəxəssis 2008-ci ilin aprelindən yığmamızda baş məşqçidir.