Alpinistlərimiz zirvəni fəth ediblər

Alpinistlərimiz zirvəni fəth ediblər

Ölkəmizin "Nikoyl” bankının alpinizm seksiyası, "İrbis” və "Qartal” idman klublarının bir qrup alpinisti Gürcüstandan qayıdıblar. İdmançılarımız qonşu ölkəyə Çauxi dağ massivində Muxadze zirvəsini fəth etmək üçün yollanmışdılar. Qeyd edək ki, yürüş 9 May - Qələbə günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuşdu. Məşqçilər Rüfət Qocayev və Rasim Cəfərov qoşulduğu qrup 24 nəfərdən ibarət olub. İdmançılar çox da çətin olmayan İB dərəcəli marşrut üzrə hərəkət ediblər. Alpinistlərimiz 2500 metr hündürlükdə olan ana düşərgəni qurduqdan sonra 3289 metr təşkil edən zirvəni fəth ediblər.