Təmsilçimizin komandası qələbə qazanıb

Təmsilçimizin komandası qələbə qazanıb

Azərbaycan millisinin basketbolçusu Zaur Paşayev Gürcüstanda daha bir titul qazanıb. "Kutaisi” klubunun şərəfini qoruyan həmyerlimiz Superkubokun qalibi olub. Belə ki, təmsilçimizin komandası qarşılaşmada çempionatın finalında məğlub olduqları Tiflis "Dinamo”su ilə üz-üzə gəlib. Qarşılaşma "Kutaisi”nin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda 15 xal toplayan təmsilçimiz 9 asist və 2 rebaundla komandasının əsas oyunçularından biri olub.
Qeyd edək ki, Paşayev daha əvvəl "Kutaisi” ilə Gürcüstan kubokunu qazanmışdı.