Dağ velosipedçiləri Milli Qurtuluş Gününə həsr olunmuş yarışda mübarizə aparacaqlar

Dağ velosipedçiləri Milli Qurtuluş Gününə həsr olunmuş yarışda mübarizə aparacaqlar


Iyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. 15 İyun - Milli Qurtuluş Gününə həsr olunacaq yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilərlər.
İştirakçılar yarış günü saat 10.00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyatdan keçəcəklər. Yarışlar isə saat 11.00-da başlayacaq. "Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi də yarışlar başa çatdıqdan sonra mükafatlandırılacaq.
Məlumat üçün qeyd edək ki, çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.