“Təkbətək”in qalibi Tayvan turnirinə vəsiqə qazandı

“Təkbətək”in qalibi Tayvan turnirinə vəsiqə qazandı


İyulun 5-də Bakıda "Red Bull King of the Rock” müsabiqəsi çərçivəsində "təkbətək” adlı küçə basketbolu turniri keçirilib.
64 idmançının iştirak etdiyi "Red Bull King of the Rock 2014” müsabiqəsinin qalibi Zaur Paşayev olub. Z.Paşayev sentyabrın 6-da Tayvanda keçiriləcək final turnirində ölkəmizi təmsil etmək şansı qazanıb.
Çempionatın qalibi Tayvanda təkcə titul deyil, həmçinin mükafat olaraq oktyabrın 11-12-də Las-Veqasa "Air Race VIP” səyahətini əldə edəcək.