Olimpiya Oyunlarında baş verən qeyri-adi hadisələr
Olimpiya oyunları
20.11.2022, 11:21
Şübhəsiz, Olimpiya oyunları çox ciddi və məsuliyyət tələb edən tədbirdir. İstər olimpiadaya ev sahibliyi edən ölkə, istərsə də idmançılar möhtəşəm turnirə hazırlaşmaq üçün xeyli vaxt sərf edirlər. Olimpiadaya məsul şəxslər isə hər şeyi, necə deyərlər, yüz dəfə ölçüb, bir dəfə biçirlər. Lakin hərtərəfli hazırlıqlara baxmayaraq, olimpiadalarda məzəli, qeyri-adi hadisələrdən qaçmaq mümümkün olmur.
20 il təkrarlanan səhv
Qış Olimpiya Oyunlarının ən məzəli hadisəsi Yaponiyada baş verib. Sapporo şəhərində 1972-ci il Qış Olimpiya Oyunlarının məşqləri keçirilən zaman olimpiadanın rəsmi bayrağı böyük qürur hissi ilə arenaya gətirilib. Şounu izləyən tamaşaçılardan biri diqqətlə bayrağa nəzər salıb və Beynəlxalq Olimpiya Komitəsinin 20 ildən bəri təkrarladığı səhv üzə çıxıb. Sən demə, bu illər ərzində Olimpiya oyunlarında dalğalandırılan bayrağın üzərində əks olunan həlqələr səhv rənglənibmiş. Məsələ burasındadır ki, BOK-un qəbul etdiyi qərara görə, Olimpiya bayrağında olan həlqələrin rəng ardıcıllığı belədir: mavi, sarı, qara, yaşıl və qırmızı. Sapporoda dalğalandırılan bayraqda isə rənglər bu ardıcıllıqla düzülmüşdü: sarı, mavi, yaşıl, qara və qırmızı. Diqqətli tamaşaçı bu barədə Təşkilat Komitəsinə məlumat versə də, onlar nə baş verdiyini anlamayıblar. Axı 20 il ərzində təşkil edilən Qış Olimpiya Oyunları məhz həmin bayrağın altında keçirilirdi. Yaponlar əvvəlki olimpiadaların videoyazılarını diqqətlə araşdırıblar və bəlli olub ki, bu səhv 1952-ci ildən heç kimin diqqətini cəlb etməyib.
"Təkrar et"
Tamaşaçının həddindən artıq diqqətli olması bəzi hallarda idmançının
zədələnməsinə gətirib çıxaran şərait yaradır. Bu cür hadisələrdən biri fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu, rusiyalı Vladimir Kovalyovun başına gəlib. Olimpiya oyunlarının birində sərbəst proqram üzrə çıxış edən Vladimir havaya sıçrayaraq, üç dəfə fırlanır. Qeyd edək ki, bu hərəkət fiqurlu konkisürmədə ən mürəkkəb elementlərdən biri sayılır. Rusiyalı idmançı fırlanmanı dəqiq yerinə yetirir. Elə bu vaxt tribunadan kimsə qarışıq ləhcə ilə rus dilində qışqırır: "Təkrar et". Əlacı kəsilən Kovalyov bu mürəkkəb hərəkəti təkrarlamalı olur və üzünü tribunaya çevirərək deyir: "Hə, necədir, xoşuna gəldi?"
Təsadüfən vurulan qol
Daha bir maraqlı hadisə Solt-Leyk-Siti-2002 Olimpiadasının hokkey turnirində qeydə alınıb. Turnirdə təsadüfən vurulan bir qol Belarus yığmasını yarımfinala çıxarıb. Sensasiyalı qol İsveç-Belarus matçının başa çatmasına iki dəqiqə qalanda vurulub. Qarşılaşmanın hesabı 3:3 olanda Belarus yığmasının müdafiəçisi Vladimir Kopat növbəti dəfə əvəzləndiyi üçün meydançadan çıxırmış. Elə bu vaxt şayba onun qabağında yerə düşür. Kopat ayağının biri meydançada, digəri isə kənarda ikən şaybanı rəqib qapısına doğru yönəldir. İsveç yığmasının qapıçısı Tommi Salo şaybanı tuta bilmir və bu qol Belarus yığmasını olimpiadanın yarımfinalçısı edir.
Akkreditasiya olunan it
Turin-2006 Olimpiadasında baş verən maraqlı hadisə kimi Çevvi ləqəbli itin akkreditasiya olunmasını göstərmək olar. Olimpiadanı izləmək üçün Turinə gələn ABŞ vətəndaşı Deron Relvz öz itini akkreditasiya etdirib. Təşkilatçılar Çevvinin xaltasından onun şəkli və adı həkk olunmuş xüsusi vəsiqə asıblar. Maraqlıdır ki, təşkilatçılar Çevvinin soyadını vəsiqədə "Relvz" kimi göstəriblər. Akkreditasiya olunan Çevvi Olimpiya kəndinin ərazisini başdan ayağa, özü də təhlükəsizlik xidmətinin əməkdaşlarına heç bir sənəd təqdim etmədən gəzmək hüququ qazanıb.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
Bugün, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
Bugün, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Bugün, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Bugün, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
Bugün, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
Bugün, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
Bugün, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm