Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Velosiped

Bugün, 13:21

Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib.

Olimpnews.az xəbər verir ki, qazaxıstanlı Yevgeniy Federov finiş xəttinə birinci çatıb.

"Astana" komandasının üzvü məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə qət edib. İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundez üçüncü yeri tutub.

Bu raundda idmançılar "Sea Breeze"dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

2-ci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.

Ötən gün ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR