Sərhədçilərin Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüşü uğurla yekunlaşıb

Sərhədçilərin Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüşü uğurla yekunlaşıb

Sərhəd Qoşunlarının yaranmasının 95-ci ildönümü münasibətilə Heydər Əliyev və İlham Əliyev zirvələrinə təşkil edilən yürüş uğurla başa çatıb.
İyulun 18-də səhər saatlarında Sərhəd Qoşunlarının xüsusi təyinatlı zabitlərindən ibarət bir qrup Xınalıq kəndindən başlayaraq, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinədək qalxıb. Ulu öndər Heydər Əliyevin zirvədəki barelyefi önünə gül dəstələri qoyulub. Zirvəyə Azərbaycanın dövlət bayrağı və Sərhəd Qoşunlarının döyüş bayrağı sancılıb.
Sərhədçilərin digər qrupu isə eyni vaxtda dəniz səviyyəsindən 4042 metr yüksəklikdə yerləşən İlham Əliyev zirvəsinə qalxıb.
Hər iki yürüşdə bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.