
İngiltərənin millisinin və "Çelsi” klubunun tanınmış yarımmüdafiəçisi Frenk Lempard uşaqlar üçün kitab yazacaq. Bu futbolçunun "Little Brown” adlı nəşriyyat şirkəti ilə bağladığı müqaviləyə görə, o, ümumi adı "Frenkinin möcüzəli futbolu” olan 5 kitab yazacaq. Kitablar 5 yaşlı və bu yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Burada kiçik Frenkinin macəraları, futbola sonsuz həvəsi olan dostları və Frenkinin Maks adlı sevimli iti barədə məlumat yer alacaq. Müqavilənin şərtlərinə əsasən Lempard hər həftə 150 min avro qazanacaq. Lempardın dediyinə görə qələmə alacağı bu kitabların mövzusu real həyatdan götürüləcək. 34 yaşlı futbolçunun birinci katibi ("Frenki quldurlara qarşı”) bu ilin iyun ayında işıq üzü görəcək. İkinci və üçüncü kitablar da bu il çapdan çıxacaq. Digər iki kitab isə 2014-cü ildə hazırlanacaq. "Kiçik Frenki barədə tez-tez düşünür, onun personajlarını yaratmaq istəyirdim. Sevinirəm ki, arzuların rellaşmaq üzrədir. İdman və mütaliə mənim ailəmdə əsas məşğuliyətdir. Buna görə də, qərara aldım ki, uşaqlar üçün futboldan və macəralardan bəhs edəcək kitab yazım. Mənə elə gəlir ki, "Frenkin möcüzəli futbolu” uşaqların xoşuna gələcək”, - deyə Lempard bildirib. Xatırladaq ki, tanınmış futbolçunun 5 və 8 yaşlarında iki qızı var. "Çelsi”nin keçmiş kapitanı futbolçu karyerasına 1994-cü ildə "Vest Hem” klubunda başlayıb. İngiltərə millisində 90 dəfə meydana çıxan Lempard 27 qol vurub. İngiltərəli yarımmüdafiəçinin 2010-cu ildə keçirilən dünya çempionatında Almaniya millisinin qapısına vurduğu qol FİFA-nı yeni metodlardan istifadə etməyə məcbur edib. Həmin vaxt top qapı xəttini keçsə də, videokameralar onu qeydə almayıb. Nəticədə, hakim həmin qolu saymayıb. Yaranan qalmaqaldan sonra FİFA, futbol tarixində ilk dəfə olaraq, mübahisəli vəziyyətlərin texniki metodlarla araşdırılmasına qərar verib.