“Qalatasaray”a müğənni rəhbərlik edəcək

“Qalatasaray”a müğənni rəhbərlik edəcək

"Qalatasaray”ın rəhbərliyi basketbol şöbəsinin vitse-prezidentliyini Necati Demirkoldan alaraq Türkiyənin tanınmış müğənnisi Candan Erçetinə verəcək. Rəhbərlik bununla bağlı İdarə Heyətini toplantısını keçirəcək.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, klub prezidenti Ünal Aysal yaxın zamanda keçiriləcək toplantıda qərarını açıqlayacaq.
Qeyd edək ki, Necati Demirkol keçən il Türkiyə basketbolunda bir sıra uğurlar əldə edib və komandanın qələbə qazanmasında böyük rol oynayıb.