İdmançı üçün 40 min funt sterlinq ayrılıb

İdmançı üçün 40 min funt sterlinq ayrılıb

İngiltərə Futbol Assosiasiyası (İFA) 1988-1998-ci illərdə 57 oyunda ölkə yığmasının formasını geyinən Pol Qaskoyna maliyyə yardımı edib. 45 yaşlı keçmiş yarımmüdafiəçi hazırda ABŞ-da bərpa mərkəzində alkoqol asılılığından müalicə kursu keçir. İngiltərə futbolçularının xeyriyyə fondu ilə birlikdə İFA Qaskoynun müalicəsinə 40 min funt sterlinq ayırıb.