Zarafata görə 6 milyon

Zarafata görə 6 milyon

İspaniyanın "Real” klubu (Madrid) Kataloniyanın TV3 telekanalını məhkəməyə verib. Xatırladaq ki, bu telekanalda nümayiş etdirilən video-çarxda "kral klubu”nun futbolçuları goreşənə (gien) bənzədilib. Yaranan qalmaqal TV3 rəhbərliyinin üzr istəməsi və zarafat etdiyini deməsi ilə nəticələnib. Lakin "zarafat” qəbul etməyən "Real” telekanalı məhkəməyə verib. "Kral klubu” Kataloniya televiziyasından 6 milyon avro tələb edir. TV3 telekanalında nümayiş olunan video-çarxda "Real”ın oyunçuları qaydalara məhəl qoymayan, yalnız qadağan olunmuş fəndlərə üstünlük verən futbolçular kimi göstərilib. Ayrı-ayrı sujetlərdə madridlilərin "Barsa”nın ulduz futbolçusu Leonel Messiyə qarşı kobudluğuna xüsusi yer verilib.