"The Club Port Baku”da kişilər arasında basketbolun 3x3 növü üzrə "Baku Flames” turniri keçirilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 8 komanda qalib adı uğrunda mübarizə aparıb.
Turnirin finalında "Qala” və "AzTop” komandaları qarşılaşıb. Rəqibini 22:6 hesabı ilə məğlub edən "Qala” komandası birinci yerə layiq görülüb.
Məlumat üçün qeyd edək ki, "Baku Flames” turniri avqustun 25-də Danimarkanın paytaxtı Kopenhagendə start götürəcək basketbolun 3x3 növü üzrə dünya turuna hazırlıq məqsədi daşıyıb.