“Bizi aldatmağa çalışmayın, ilişərsiniz”

“Bizi aldatmağa çalışmayın, ilişərsiniz”

Avstraliya baş verən dopinq qalmaqalına bu ölkənin idman naziri Keyt Londi öz münasibətini bildirib. O, avstraliyalı idmançıları öz fanatlarını aldatmaqda günahlandırıb. "Avstraliyanın əksər klublarının təmsilçiləri mütəmadi olaraq dopinq qəbul etməkdə şübhəli bilinirlər. Bu, antidopiq qaydalarına ziddir. Onlar bizi aldadıblar. Hesab edirəm ki, baş verənləri "aldatmaq” sözü ilə ifadə etmək düzgün deyil. Bu, həm də cinayətdir. Ölkəmizin idman təşkilatları Avstraliya Antidopinq Agentliyinə kömək etməli, bu rüsvayçılığa son qoymaq üçün ciddi işləməlidirlər. Bizi aldatmağa çalışmayın, ilişərsiniz. Əgər "danışılmış oyunlar” fikirləşsəniz, yenə də ilişəcəksiniz. Düşünün və cinayətə yol verməyin”, - deyə Keyt Landi bildirib. Yeri gəlmişkən, deyək ki, Avstraliyada cəmi bir oyunun nəticələrinin əvvəlcədən razılaşdırıldığı deyilir. Lakin həmin oyunun hansı idman növünə aid olduğu barədə məlumat verilmir.