Ötənilki yarımfinalçılar inamla irəliləyirlər

Ötənilki yarımfinalçılar inamla irəliləyirlər



"Bankçılar”ın hesabını isə "dondurdular”

Ötən həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Yarımfinal iştirakçılarının adına Lənkəranda və Bakıda keçirilən 4 matçdan sonra aydınlıq gəlib.

Birinci yarımfinalçının adı "Şəfa” stadionunda keçirilən paytaxt derbisində məlum olub. "İnter” doğma azarkeşlər önündə "Bakı” klubu ilə münasiblərinə aydınlıq gətirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, səfərdə daha çox qol vuran "zolaqlılar” növbəti mərhələyə adlayıblar.
"Xəzər Lənkəran” evdə "Rəvan” klubunu sınağa çəkib. Matça hücumlarla başlayan meydan sahibləri ilk 30 dəqiqə ərzində rəqib qapısına 2 top vurublar. Fasilədən sonra bakılılar qollardan birinin əvəzini çıxa biliblər. Bundan sonra "Rəvan” klubu növbəti mərhələyə çxımaq üçün 2 qol vurmalı idi. Lakin qonaqların buna gücü çatmayıb. Əvəzində, lənkəranlılar matçın sonuna kimi daha 2 dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur ediblər. Birinci hissədə fərqlənən Ağabala Ramazanov hər iki qolun müəllifi olub. Nəticədə, rəqibini hər iki oyunda məğlub edən "Xəzər Lənkəran” asanlıqla 1/2 finala adını yazdırıb.
Son 2 mövsümün Azərbaycan çempionu "Neftçi” isə yarımfinala əlavə vaxtda vəsiqə qazanıb. "Simurq”la qarşılaşmadakı 180 dəqiqədə rəqibinin müqavimətini qıra bilməyən bakılılar yalnız əlavə vaxtın son dəqiqəsində qələbə qolunu vurublar. Flavinyo komandasının növbəti mərhələyə vəsiqə qazanmasına şərait yaradıb.
Günün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. "Qarabağ” doğma azarkeşlər önündə "Qəbələ” komandası ilə qarşılaşıb. Tərəflərin səyinə baxmayaraq, 90 dəqiqə ərzində hesab açılmayıb. Lakin Ağdam təmsilçisi səfərdə vurduğu qolun sayəsində yarımfinalda oynamaq imkanı qazanıb.
Beləliklə, 1/2 final mərhələsində bir-biri ilə qarşılaşacaq komandalar artıq bəllidir. Apreldə təşkil olunacaq oyunlarda "Bakı” "Xəzər Lənkəran”ı, "Neftçi” isə "Qarabağ” klubunu sınağa çəkəcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları
7 mart
"Qarabağ” - "Qəbələ” - 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:1

"Neftçi” - "Simurq” - 1:0 (əlavə vaxtda)
Qol: Flavinyo, 120.
Bakı. "Bakcell Arena” stadionu.
İlk oyun - 0:0

"Xəzər Lənkəran” - "Rəvan” - 4:1
Qollar: Ağabala Ramazanov, 8; 84; 90; Lusiano Olgin, 30 - Miloş Adamoviç, 70.
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk oyun - 2:1

"İnter” - "Bakı” - 2:2
Qollar: Baçana Sxadadze 42; 60 - Aleksandar Şoliç, 32; Şəhriyar Əliyev, 78.
Bakı. "Şəfa” stadionu.
İlk oyun - 1:1