Tərtərdə kikboksinq yarışı keçirilib

Tərtərdə kikboksinq yarışı keçirilib



Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə kubok yarışı keçirilib.
Yarış iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. İki gün davam edən yarışda Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağcabədi, Samux, Kürdəmir, Xocalı, Kəlbəcər rayonlarından 12 komanda, 190 idmançı iştirak edib. Yarışda komanda hesabında birinci yerə Tərtər, ikinci yerə Samux, üçüncü yerə isə Gəncənin "Dinamo” komandası layiq görülüb.
Qalib komandalar və idmançılar Tərtər rayon gənclər və idman idarəsi tərəfindən kubok, diplom və medallarla təltif edilib.