MBA translyasiya hüququnu 24 milyard dollara satır

MBA translyasiya hüququnu 24 milyard dollara satır


ABŞ-ın Milli Basketbol Assosiasiyası (MBA) matçlarını translyasiya etmək hüququ barədə ESPN və TNT televiziya şirkətləri ilə 24 milyard dollar məbləğində 9 illik müqavilə bağlanması haqqında razılaşmaya nail olub.
Yeni müqavilə 2016/2017-ci illər mövsümünədək qüvvədə olacaq. Maraqlıdır ki, yeni saziş üzrə illik ödənişlərin məbləği, demək olar ki, üç dəfə artaraq indiki 930 milyondan 2,66 milyard dollara çatacaq.