Braziliyanın əfsanəvi "Marakana” stadionunda yeni qazon salınması işləri artıq başa çatmaq üzrədir.
Yeni salınan qazon eynilə 2010-cu ildə CAR-da keçirilən dünya çempionatındakı qazonu xatırladır. Meydançada əkilən otun toxumu ABŞ-dan gətirilib.
Qeyd edək ki, təmirə bağlanmış "Marakana” stadionu Braziliyada keçiriləcək Konfederasiyalar Kuboku-2013-ün və DÇ-2014-ün yarışlarını qəbul etməyə hazırlaşır.