Türkiyədə mübarizə davam edir

Türkiyədə mübarizə davam edir

Türkiyədə keçirilən qadınlar arasında basketbol üzrə dünya çempionatında mübarizə davam edir.
DÇ-2014-ün səkkizdə bir finalında Çinin qadınlardan ibarət yığması Belarus komandasını 72:67 hesabı ilə məğlub edib. Çinli qızlar dörddə bir finalda ispanlarla görüşəcəklər.
Dünya çempionatının digər oyununda fransızlar Braziliya yığmasına qalib gəliblər - 61:48. Növbəti raundda onları ABŞ komandası ilə görüş gözləyir.