Oktyabrın 17-də Milli Olimpiya Komitəsinin inzibati
binasında 2014-cü il Avropa Atletika Konvensiyasında iştrak etmiş könüllülərə
sertifikatların təltifetmə mərasimi keçirildi. Xatırladaq ki, oktyabrın 10-12-də
Bakıda təşkil edilmiş Avropa Atletika Konvensiyası üçün müxtəlif sahələrdə təşkilat
komitəsinə 50 nəfər könüllü kömək etmişdi. Tədbirdə könüllülər Milli Olimpiya
Komitəsi, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Atletika
Federasiyası tərəfindən sertifikat və hədiyyələr ilə təltif olundular. Tədbirdə
çıxış edən Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov tədbir
iştirakçılarını Milli Olimpiya Komitəsi, Bakı 2015 Təşkilat Komitəsi və Azərbaycan Atletika
Federasiyası adından salamlayaraq fərqlənən könüllülərə öz minnətdarlığını
bildirdi. O, Avropa Atletika Assosiasiyasının tərəfindən könüllülərə
ünvanlanmış məktubun məzmununu da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Mehman müəllim könüllü kimi fəaliyyət göstərən gənclərin bu fəaliyyətlərinin gələcəkdə
onlara böyük üstünlük qazanacağını da diqqətə çatdırdı. Sonda könüllülərə
sertifikat və hədiyyələr təqdim olundu.
Könüllülər MOK-da mükafatlandırıldılar
