Velosiped idmanı ilə bağlı müsabiqə elan olunub

Velosiped idmanı ilə bağlı müsabiqə elan olunub

Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı velosiped idmanının inkişafına və yaradıcı gənclərin tanıdılmasına dəstək olmaq məqsədilə idmanın bu növü ilə bağlı rəsm, heykəl və dekorativ sənət növləri üzrə müsabiqə elan edib. Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib ki, qaliblərin adı dekabrın 24-də açıqlanacaq. Müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabrın 24-dən 26-dək "ParkBulvar” AVM-də nümayiş olunacaq. Ən yaxşı üç əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatlarına layiq görüləcək. Bundan başqa, digər həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Rəsm əsərlərinin ölçüləri 60x80 santimetrdən kiçik olmamalıdır. Əsərlər dekabrın 20-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatına təqdim edilməlidir.