Davanın axırı yaxşı qurtarmadı

Davanın axırı yaxşı qurtarmadı

Qətər liqasının İntizam Komitəsi futbol meydanında dalaşdıqları üçün «Əl-Qarafa»nın braziliyalı yarımmüdafiəçisi Nene və «Əl-Ərəbi»nin mərakeşli yarımmüdafiəçisi Hussine Xarjanı uzun müddətə cəzalandırıb.
PSJ-nin keçmiş oyunçusu Nene 9 oyunluq diskvalifikasiya olunub və 67 min avro cərimələnib. «İnter» və «Fiorentina»nın sabiq oyunçusu Xarja isə 10 oyun buraxmalı və 78 min avro məbləğində cərimə ödəməli olacaq.
Tərəflərin onlar üçün verilən qərara etiraz etmələri üçün 15 gün vaxtları var.