Bekhem ən çox qazanan futbolçudur

Bekhem ən çox qazanan futbolçudur

«Eurosport» nəşrinin yazdığına görə, PSJ klubunun yarımmüdafiəçisi Devid Bekhem bütün dünyada ən çox gəlir əldə edən futbolçudur. İngiltərəli yarımmüdafiəçi, bu baxımdan, «Barselona»nın hücumçusu Leonel Messini geridə qoyub. «Eurosport» hesab edir ki, Bekhemin ABŞ-dan Avropaya qayıtması onun böyük futbolda, eləcə də, biznes sahəsində böyük uğur qazanmasına səbəb olub.  «France Football» qəzeti isə Bekhemin gəlirləri ilə bağlı geniş açıqlama aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, 37 yaşlı ingiltərəlinin illik qazancı 36 milyon avro təşkil edir. Bu məbləğ Messinin illik gəlirindən 1 milyon avro çoxdur. Onu da deyək ki, Devid Vekhemin PSJ-də aldığı məvacib onun ümumi qazancının cəmi 5 faizini təşkil edir. Futbolçunun əsas qazancı paltar, ətir və idman ləvazimatlarından əldə olunur.
Xatırladaq ki, ingiltərəli yarımmudafiəçi bir müddət ABŞ-in «Los-Angeles Qelaksi» klubunda çıxış edib. Ötən ilin qışında isə o, Fransanın PSJ klubuna keçib.
«Frans Football» Ən çox qazanan futbolçuların siyahısında ikinci olan Messinin də qazanc mənbələrini araşdırıb. Məlumata görə, «Barsa»nın hücumçusu il ərzində 12,5 milyon avro məvacib alır, bonus isə Messiyə 0,5 milyon avro qazandırır. Reklam müqaviləsindən əldə olunan gəlirin ümumi məbləği 22 milyon avro həcmindədir. Varlıların siyahısında 3-cü yerdə qərarlaşan Kriştianu Ronaldunun gəlir mənbəyi isə belədir: 13 milyon avro məvacib, 0,5 milyon bonus, reklam müqavilələri 16,5 milyon avro.
Ən çox qazanan futbolçuların ilk onluğu aşağıdakı kimidir:

1. Devid Bekhem (PSJ) - 36 milyon avro
2. Leonel Messi («Barselona») - 35 milyon
3. Kriştanu Ronaldu («Real») - 30 milyon
4. Samuel Eto O («Anji») - 20 milyon
5. Neymar («Santos») - 20 milyon
6. Serxio Aquero («Mançester Siti») - 19 milyon
7. Ueyn Runi («Mançester Yunayted») - 18 milyon
8. Zlatan İbrahimoviç (PSJ) - 17,5 milyon
9. Yaya Ture («Mançester Siti») - 16,6 milyon
10. Fernando Tores («Çelsi») - 16,3 milyon