“Məktəbli Kuboku” turniri keçiriləcək

“Məktəbli Kuboku” turniri keçiriləcək

Dekabrın 15-də Veloparkda Nərimanov rayonunun məktəbliləri arasında velosiped yarışı keçiriləcək.
Saat 11:00-da start götürəcək yarışda komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olacaq. İştirakçılar velosiped və digər zəruri avadanlıqlarla təmin ediləcək. Ümumilikdə 20-dən artıq komandanın iştirak edəcəyi yarışda ilk 3 yeri tutacaq kollektivlər federasiya tərəfindən pul mükafatı, kubok, medal və diplomla təltif ediləcəklər.
Qeyd edək ki, Nərimanov rayonu məktəbliləri arasında keçiriləcək bu yarış pilot layihədir. Lazımi nəticə əldə olunacağı təqdirdə, layihə üzrə ümumrespublika "Məktəbli kuboku”nun təşkili də nəzərdə tutulur.