PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalı çərçivəsində "Barselona” ilə oyunların hər ikisində iştirak edə biləcək. Belə ki, UEFA isveçli futbolçunun iki matçlıq cəzasını bir oyuna endirib. Qitə futbol qurumu cəza çıxarılandan sonra ÇL-in 1/8 final mərhələsində bir oyunu buraxan İbrahimoviçin keçmiş klubu ilə qarşılaşmalarda forma geyinməsinə icazə verib.
Qeyd edək ki, isveçli "Valensiya” ilə matçda qırmızı vərəqə aldığına görə iki oyunluq cəzalandırılmışdı.