“Qala”nın liderliyi davam edir

“Qala”nın liderliyi davam edir

Basketbol üzrə Azərbaycan çempionatında VI turun oyunları keçirilib. Turnir cədvəlində vahid liderliyini davam etdirən "Qala” növbəti qələbəsini qazanıb. Belə ki, o, son illərin dəyişməz çempionu "Dərviş” komandasına da qalib gəlib. "Dərviş” klubunun məğlubiyyətindən sonra AZTOP 2-ci pilləyə yüksəlib. Onlar "Bakı” üzərində qələbə ilə turnir cədvəlindəki mövqelərini yaxşılaşdırıblar.
Tur BDU-nun komandasının ilk qələbəsi ilə yadda qalıb. "Tələbələr” "Bakı Oilers” komandsını məğlub etməklə son pillədən qurtulublar. 6 xallıq fərqin qeydə alındığı bu matç günün ən gərgin oyunu olub.

VI tur
"Qala” - "Dərviş” - 101:
44
"Bakı” - AZTOP - 53:71
"Araz-Naxçıvan” - NTD - 48:62
BDU - "Baku Oilers” - 68:54