Vilanova qayıtdı

Vilanova qayıtdı

«Barselona»nın baş məşqçisi Tito Vilanova müalicəsini başa vuraraq kluba qayıdıb. İspaniya mətbuatının məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən baş məşqçi Nyu York şəhərində iki ay müalicə olunduqdan sonra özünü yaxşı hiss edir.Qeyd edək ki, 2012-ci ilin dekabr ayında xəstəliyi səbəbindən komandasından uzaq düşən Vilanovanın əvəzinə "Barselona"nı Xordi Roura çalışdırırdı.