Avro-2020 bir ölkədə və bir stadionda?

Avro-2020 bir ölkədə və bir stadionda?

Ötən həftə UEFA-nın İcraiyyə Komitəsinin Sofiyada keçirilən iclasında Avro-2020-nin final mərhələsinin təşkili üçün ediləcək müraciətlərin qaydaları təsdiqlənib. 13 şəhər üçün nəzərdə tutulan 13 paketdən 12-nin hər birinə 3 qrup və 1 pley-off oyunu, 13-cüyə isə yarımfinallar və final daxil edilib.

Bütün oyunlar bir ölkədə və bir stadionda keçiriləcək. Qaydaya görə hər assosiasiya bir standart paket və 1 yarımfinal-final paketinə ərizə yaza bilər. Təklif olunan stadionlar 2016-cı ilə qədər təhvil verilməlidi. Əks-təqdirdə şəhərin namizədliyinə yenidən baxılacaq.
Bundan başqa tədbirdə UEFA-nın 2013-2014-cü illər mövsümü üçün büdcəsi, həmin dövr üçün turnirlərin formatı, eləcə də tibb və antidopinq qaydaları da təsdiqlənib. Komitənin növbəti toplantısı mayın 22-23-də Londonda UEFA-nın XXXVII konqressi ərəfəsində keçiriləcək.