Millimiz Avropa çempionatının final mərhələsinə lider kimi yüksəldi

Millimiz Avropa çempionatının final mərhələsinə lider kimi yüksəldi

Futzal üzrə Avropa çempionatının (AÇ) əsas seçmə mərhələsində qrup oyunlarına yekun vurulub. 2-ci qrupda mübarizə aparan Azərbaycan millisi növbəti matçına çıxıb.
Birinci turda Norveç millisini 6:0, Bosniya və Herseqovina yığmasını 3:2 hesabı ilə məğlub edən komandamız bu dəfə meydan sahibləri Slovakiya yığması ilə üz-üzə gəlib. Baş məşqçi Joze Alesionun yetirmələri son turda ən yaxın izləyicisi ilə heç-heçə edəcəyi halda qrup birincisi olacaqdı. Uduzduğu təqdirdə isə, 2-ci olaraq, ən azı, pley-offda mübarizə aparmaq imkanı qazanacaqdı. Qeyd edək ki, Slovakiya millisi qrupda ilk oyununu Bosniya və Herseqovina yığmasına qarşı keçirib. Görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb. 2-ci matçında isə bu komanda Norveç yığması üzərində qələbə qazanıb (4:3).

Qarşılaşma millimiz üçün heç də yaxşı başlamayıb. Belə ki, oyunun 12-ci dəqiqəsində hesabı açan slovakiyalılar fasiləyə üstün yollanıblar. İkinci hissədə isə baş məşqçi Joze Alesionun yetirmələri əzmkarlıq nümayiş etdirərək matçın sonlarında 1 dəqiqədə 2 qol vuraraq görüşdən qalib ayrılıblar. Bu qələbədən sonra Azərbaycan yığması 3 oyundan 3 xal toplayıb və qrup lideri olaraq növbəti mərhələyə keçib.
Qrupun digər oyununda isə Bosniya və Herseqovina millisi Norveç komandası ilə münasibətlərinə aydınlıq gətirib. Bosniyalılar 4 cavabsız qolla qələbə qazanıblar. Nəticədə, qrup ikinciliyi məhz bosniyalılara qismət olub.
Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə qrup birincisi olaraq vəsiqə əldə edib.

AÇ-nin əsas seçmə mərhələsi
2-ci qrup
30 mart
Azərbaycan - Slovakiya - 2:1
Qollar: Jade, 39, Məmmədkərimov, 39 - Bahna, 12.
Bratislava. "Hant” arenası

Norveç - Bosniya və Herseqovina - 0:4

                              O   Q   H   M     T      X
1. Azərbaycan         3   3    0   0    11-3   9
2. Bosniya və Hers.  3  1     1   1    10-7   4
3. Slovakiya             3  1     1   1     9-9    4
4. Norveç                 3  0     0   3    3-14   0