İdmançımızı çətin sınaq gözləyir

İdmançımızı çətin sınaq gözləyir


Azərbaycanlı məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyədə həlledici döyüşə çıxacaq.
Fevralın 28-də İstanbulun "Sinan Erdem” idman arenasında keçiriləcək turnirdə peşəkar döyüşçülər mübarizə aparacaq. Arenada günün əsas döyüşü isə Z.Səmədov ilə türkiyəli idmançı Mert Akın arasında keçiriləcək.
Türkiyə mətbuatının yazdığına görə, döyüşün Türkiyənin "Kanaltürk” televiziya kanalından yayımlanacağı bildirilir.
Qeyd edək ki, kikboksçumuz Z.Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər sahibi, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib və qələbə qazanıb.