Makedoniyalı mütəxəssis yeniyetmələri ustad dərslərində nəzərdən keçirir

Makedoniyalı mütəxəssis yeniyetmələri ustad dərslərində nəzərdən keçirir


Yanvarın 22-də 2 saylı Bakı Baza Tibb Kollecinin idman zalında Azərbaycan Basketbol Federasiyası yeniyetmə idmançılar üçün ustad dərsləri təşkil etdi. Ustad dərslərini gənclərə Makedoniyadan dəvət olunmuş mütəxəssis Slobodan Petrovski keçdi. Makedoniyalı məşqçi 2000-2001-ci illər təvəllüdlü basketbolçularla məşq zamanı fiziki, taktiki və texniki ustalıqların artırılması üzərində çalışıb.
Öz dövrünün məşhur basketbolçusu olan Slobodan Petrovski topladığı təcrübəni yeniyetmələrlə bölüşüb. FİBA-nın xətti ilə Bakıya gələn mütəxəssis yanvarın 25-dək idmançılarımızla birgə məşq prosesində iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, basketbol idman növü 3x3 üzrə I Avropa Oyunlarının proqramına daxil edilib. Bakı-2015 Birinci Avropa Oyunlarına hazırlaşan basketbolçularımız təlim-məşq toplanışını Türkiyədə keçəcək. Bu mötəbər yarışa qədər isə ölkəmizdə bu idman növü üzrə beynəlxalq turnirin keçirilməsi planlaşdırılır.