U-16-dan ilk qələbə

U-16-dan ilk qələbə

Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Yığmamız Latviyanın U-16 komandası ilə qarşılaşıb. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolun müəllifi Pilağa Mehdiyev olub.
Xatırladaq ki, bu komandalar arasında martın 28-də keçirilmiş oyun 1:1 hesabı ilə başa çatmışdı.