Dünən AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirib.
AFFA-nın baş katibi Avstriyada təşkil olunmuş turnirdə birinci yeri tutmuş yığmamızı təbrik edib, qarşıdakı oyunlarda komandamıza uğurlar arzulayıb. O qeyd edib ki, belə oyunlarda qazanılan hər qələbə gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün əlavə stimuldur.
Elxan Məmmədov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara yüksək səviyyədə hazırlıqla bağlı yığmamıza tövsiyələrini verib.
Xatırladaq ki, U-21 yığmamız Avstriyada keçirilmiş turnirdə Macarıstanın "Haladas” klubunu və Albaniyanın U-21 yığmasını məğlub etmiş (müvafiq olaraq, 2:1 və 2:0), Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə heç-heçə etmişdi - 1:1.