Namizəd şəhərlərin adı açıqlandı

Namizəd şəhərlərin adı açıqlandı

Beynəlxalq Tələbə İdmanı Federasiyası (FİSU) 2019-cu ildə keçiriləcək tələbələrin qış universiadasına ev sahibliyi etmək üçün Rusiyanın Krasnoyarsk və İsveçrənin Vale şəhərlərinin namizədliklərini rəsmi olaraq təsdiqləyib.
Namizəd-şəhərlər sentyabr ayının 14-nə qədər "Sifariş kitabı”nı hazırlamalıdırlar. Bundan sonra FİSU-nun komissiyası baxış üçün həmin şəhərlərə səfər edəcək. Universiada-2019-un ev sahibinin adı noyabrın 6-da bəlli olacaq.