Bakı daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

Aprelin 25-26-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında 3x3 basketbolu üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə beş yerli və beş xarici komanda mübarizə aparacaq. Qonaq komandalar sırasında bu növ üzrə dünya reytinqində ilk üçlükdə olan Serbiya və Rumıniya komandaları iştirak edəcəklər. Turnir çərçivəsində 12 (8 xarici və 4 yerli) hakimin və 15 nəfər texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) hakimləri üçün seminar keçiriləcək. Seminarın yekununa əsasən birinci Avropa Oyunlarının hakim heyəti müəyyənləşəcək.