AFFA-nın əməkdaşı beynəlxalq konfransda

AFFA-nın əməkdaşı beynəlxalq konfransda
Moskva şəhərində Rusiyada qadın futbolunun 25 illik yubeliyinə həsr olunmuş beynəlxalq konfrans və təntənəli mərasim keçirilib. Tədbirdə Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx, FIFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın Qadın Futbolu Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Karen Espelund, həmçinin Almaniya, İngiltərə və Azərbaycandan dəvət olunmuş qonaqlar iştirak edib. AFFA-nın Texniki Departamentinin əməkdaşı Zümrüd Məmmədova konfransda çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.