“Qala” 8-ci dəfə ölkə çempionu adını qazandı

“Qala” 8-ci dəfə ölkə çempionu adını qazandı


Mayın 17-də "The Club Port Baku”nun idman zalında basketbol üzrə 22-ci ölkə çempionatının final mərhələsi keçirildi.
Çempion adı uğrunda mübarizə aparan "Qala” və AZTOP komandalarının final seriyasında ümumi hesab 1:1 olduğuna görə, qalibi müəyyən etmək üçün bu komandalar növbəti dəfə qarşılaşırdılar. Qalib adını qazanmaq istəyi ilə mübarizəyə qoşulan "Qala” və AZTOP azarkeşlərə maraqlı final oyunu nümayiş etdirdilər. Gərgin oyunun sonunda təcrübəli "Qala” 75:70 hesabı ilə qələbə qazandı. Bununla da "Qala” komandası 8-ci dəfə ölkə çempionu adına layiq görüldü. Bürünc mükafat uğrunda isə NTD və "Baku Oilers” komandaları üz-üzə gəldilər. Oyuna ciddi hazırlaşan NTD rəqiblərini 80:74 hesabı ilə məğlub edərək üçüncü yerə çıxdı.