Məktəblilər voleybol turnirində yarışıblar

Məktəblilər voleybol turnirində yarışıblar

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Xətai Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblər arasında keçirilmiş voleybol turniri başa çatıb.
Rayon məktəbləri arasında keçirilmiş voleybol turnirində 16 komanda iştirak edib. Sonda qalib komandalara diplom və medallar təqdim olunub.