Türkiyə Superliqasında daha bir baş məşqçinin istefası reallaşıb. "Orduspor” rəhbərliyi tanınmış argentinalı mütəxəssis Hektor Kuperlə yollarını ayırıb. 

Buna Ordu klubunun həm ölkə çempionatında uğursuz çıxışı, həm də Superliqanın XXIX turu çərçivəsində keçirilən "Trabzonspor”la (1:0) səfər matçında məğlubiyyəti səbəb olub.
Kuperin yerinə isə yeni baş məşqçi təyin edilib. Bu, 2007-2008-ci illər mövsümündə "Qalatasaray”la çempionluq yaşayan və ötən il "Rəvan”ı çalışdıran Cevat Gülərdir.
Qeyd eded ki, "Rəvan”ın keçmiş məşqçisi ötən həftə yeni komandasını məşqə çıxarıb.