Cənubi Afrika yığmasının şübhəli oyunları araşdırılacaq

Cənubi Afrika yığmasının şübhəli oyunları araşdırılacaq

FİFA-nın himayəsi altında fəaliyyət göstərən müstəqil komissiya DÇ-2010 ərəfəsində Cənubi Afrika yığmasının keçirdiyi yoldaşlıq oyunlarını araşdıracaq. Qeyd edək ki, adıçəkilən komandanın Tailand (4:0), Bolqarıstan (1:1), Kolumbiya (2:1) və Qvatemala (5:0) ilə qarşılaşmaları şübhə altındadır. Cənubi Afrika - Qvatemala oyununda Nigerdən olan hakim əllə oyuna görə üç penalti təyin edib. Cənubi Afrika - Kolumbiya qarşılaşmasının da bütün qolları onbirmetrlik cərimə zərbəsindən vurulub.

Bu oyunların şübhəli olması barədə hələ 2011-ci ilin iyununda yerli mətbuatda yazılmışdı. Amma Cənubi Afrikanın Futbol Federasiyası bu fikirlərə ciddi yanaşmamışdı.
FİFA-nın baş katibi Jerom Valke Cənubi Afrikanın idman naziri ilə görüşündə bu məsələnin qısa zamanda həll olunmasının vacibliyini vurğulayıb.