Elhad Nəziri Rumıniyada debüt etdi

Elhad Nəziri Rumıniyada debüt etdi

Milli komandamızın futbolçusu Elhad Nəziri Rumıniya çempionatında debüt edib. Onun formasını geyindiyi "Petrolul” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.
Ployeşti təmsilçisi evdə "Qloriya”nı qəbul edib. Elhad meydana komandası hesabda 4:0 öndə olarkən buraxılıb. O, 73-cü dəqiqədə Haiti yığmasının sağ cinah müdafiəçisi olan Jan Sonini əvəzləyib.
Qeyd edək ki, rəqibini 4:0 məğlub edən Elhadın komandası 2-ci pilləyə yüksəlib. "Neftçilər”in aktivində 48 xal var.