Millinin müdafiəçisi “18-liy”ə daxil edilmədi

Millinin müdafiəçisi “18-liy”ə daxil edilmədi

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Əskişəhərspor” Türkiyə Superliqasının XXIX turu çərçivəsində növbəti oyununu keçirib. Yığmamızın üzvünün komandası səfərdə "Fənərbaxça” ilə üz-üzə gəlib.
Görüşdə Əskişəhər təmsilçisi minimum hesabla məğlub olub. Bu qarşılaşmada Ufuk komandasının "18-liy”inə daxil edilməyib.
Qeyd edək ki, "Əskişəhərspor” 29 oyundan 39 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.