Qapıçının qolu kifayət etmədi

Qapıçının qolu kifayət etmədi

"San Paulu”nun qapıçısı Rojerio Seni növbəti qolunu vursa da, bu, onun komandasına uğur gətirməyib. Braziliya klubu Libertadores kubokunun qrup mərhələsi çərçivəsində Boliviya paytaxtında yerli "Strongest”ə 1:2 hesabı ilə məğlub olub.
Seni 44-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirsə də, 66-cı dəqiqədə qapısından ikinci topu buraxıb.