“Messi bunu bacarır”

“Messi bunu bacarır”

"Axırıncı bir neçə il ərzində komandamız öz gücünü layiqincə sübut edib. Biz, yarımfinala layiq olduğumuzu bir daha sübut etdik”. Bu sözləri "Barselona”nın müdafiəçisi Herard Pike deyib.
Təcrübəli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində 2 görüşün nəticəsinə görə PSJ-ni üstələdikdən sonra matçı dəyərləndirib. Həmçinin Pike meydana ikinci hissədə daxil olan argentinalı hücumçu Messinin çıxışını da qiymətləndirib: "Messi planetin ən yaxşı oyunçusudur. O, bir az zədələnmişdi. Lionel hər şeyi dəyişdirməyi onsuz da bacarır. Anlayırdıq ki, onun meydanda olması böyük üstünlük idi. Həmin vaxt bizim oyunumuz qaydasına düşür. O qolu, bəlkə, özü də vura bilərdi. Çünki Messi bunu bacarır. Onun istedadı danılmazdır”.