İsveçrənin "Bazel” klubunun hücumçusu Aleksandr Fray ötən həftə peşəkar karyerasında özünün son matçını keçirib. 33 yaşlı futbolçu son oyununu qolla qeyd etməyi bacarıb.
O, İsveçrə çempionatının XXVII turu çərçivəsində "Sürix”ə qarşı matçın 58-ci dəqiqəsində 25 metr məsafədən "doqquzluğ”u dəqiq nişan alıb. Fray qoldan 6 dəqiqə sonra əvəzlənib. Aleksandr meydandan çıxarkən azarkeşlər onu gurultulu alqışlarla yola salıblar.
Qeyd edək ki, 2009-cu ildən "Bazel”də çıxış edən Fray 108 dəfə fərqlənib. 84 dəfə (2001-2011-ci illər) İsveçrə milli komanasının formasını geyinən Aleksandr növbəti mövsümün əvvəlindən keçmiş klubu "Lyutsern”in (1999-2000-cu illər) idman direktoru vəzifəsində çalışacaq.