Ağırlıqqaldıranlardan ibarət mili komandamız Krımda təlim-məşq toplanışında iştirak edir. Komandamızın üzvləri təlim-məşq toplanışı çərçivəsində texniki-taktiki və fiziki hazırlıq üzrə çalışırlar. Atletlərimiz yarımadada avqustun 21-nə qədər hazırlıq keçəcəklər.
Yığmada diskvalifikasiyalı idmançıların cəza müddəti başa çatdığından, kollektiv tam heyətlə Krıma yollanıb.
Məlumat üçün qeyd edək ki, ağırlıqqaldıranlarımızın bu mövsüm üçün ən ciddi sınağı noyabrda olacaq. Belə ki, ABŞ-ın Hyüston şəhərində keçiriləcək dünya çempionatı 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq yay Olimpiya oyunlarına lisenziya xalı verəcək.