DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin çıxış etdiyi F qrupunun təxirə salınan Şimali İrlandiya - Rusiya matçının keçirilmə tarixi təsdiqlənib. FİFA martın 22-də keçirilməli olan, lakin hava şəraiti səbəbindən baş tutmayan qarşılaşmanın avqustun 14-nə təyin edib.Bu qərarı dünya futbol qurumunun özü verməli olub. Çünki rəqiblər ortaq məxrəcə gələ bilməyiblər. Rusiyalılar bu oyunun iyunun 11-də, britaniyalılar isə FİFA pəncərəsindən kənar vaxtda - mayın 31-də keçirilməsini istəyirdilər. Onlar razılıq əldə etmədiyindən FİFA özü qərar verib.
Bu səbəbdən, Rusiyanın avqustun 14-də Argentina ilə evdə keçirəcəyi yoxlama oyunu da təxirə salınıb.