Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş "Sumqayıt” futbol klubunun və 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev vətənə qayıdıb. Komandanın ötən həftə keçirilən məşqini izləyən bu futbolçu, vəziyyəti ilə
əlaqədar olaraq klubun rəsmi saytına açıqlama verib: "Almaniyada əməliyyat olunduqdan sonra bir həftə xəstəxanada qaldım. Hazırda özümü yaxşı hiss edirəm. Belə şeylər hər bir futbolçunun başına gəlir. Üç aydan sonra yüngül məşqlərə başlayacağam. Ümumilikdə, həkimlər altı aydan sonra tam vəziyyətə gələcəyimi deyir. Əsas məqsədim daha tez sağalıb komandama kömək etməkdir”. Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə "Sumqayıt” futbol klubunun heyətində 17 oyunda (1252 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.